İŞİD Palmira istiqamətində yenidən hücuma keçdi
İŞİD-in əvvəllər iki dəfə işğal edib nəzarətini itirdiyi qədim Palmira şəhəri istiqamətində yenidən hücuma keçdiyi bildirilib.
Deyerler.org xəbər verir ki, Al-Masdar xəbər agentliyinə danışan suriyalı bir mənbə, İŞİD-in mayın 30-u sübh saatlarında hücuma başladığını söyləyib. İŞİD-in Suriyanın çöl ərazisindəki Badiyə bölgəsinə böyük bir ərazini ələ keçirməyə çalışdığını qeyd edən mənbə, belə danışıb: “Yaraqlılar Palmira yaxınlığındakı böyük xam neft nasos stansiyası olan T-3 Nasos Stansiyasının şərqindəki Suriya ordusunun mövqelərinə hücum etdi. Yaraqlılar əvvəllər İŞİD-in qalalarından biri olan Hamimə bölgəsindəki ordunun mövqelərinə də hücum edib”. İŞİD-in hücumunu davam etdirdiyi bildirilən açıqlamada, tərəflərin hələ bir torpaq itkisi ilə üzləşmədiyi qeyd olunub. Oxşar xəbərlər
|