Dünyada hər 3 nəfərdən biri siqaret istifadəçisidir
Dünyada 15 yaşdan yuxarı hər 3 nəfərdən biri siqaret çəkir. Bunu Türkiyə Yaşılay Cəmiyyəti Adana şobə müdiri Mehmet Aslanbaba deyib.
Maide.Az “hurriyet.com.tr”-ə istinadən xəbər verir ki, M.Aslanbaba bildirib ki, tütün istifadəsindən yaranan xəstəliklər üzündən hər il 6 milyon insan dünyasını dəyişir. O, 31 may " Ümumdünya Tütünsüz Günü" nün Ramazan ayına təsadüf etməsinin siqareti tərgitmək üçün böyük fürsət olduğunu bildirib. Tütün istifadəsinin dünyada ən önəmli ölüm səbəbi olduğunu bildirən M.Aslanbaba, dünyada təxminən 1,2 milyard insanın siqaret istifadəçisi olduğunu qeyd edib. O qeyd edib ki, tütün istifadəsinə görə yaranan xəstəliklər səbəbiylə dünyada hər il təqribən 7 milyon insanın vəfat edir. "Bu ölümlərin 2 milyonu ürək-damar xəstəliklərindən yaranır. Tütün istifadəsi bu şəkildə davam edərsə, 2030- cu illərdə ölənlərin sayı 8 milyonu keçəcək.” Xərçəng, ürək tutması, iflic, ağciyər xəstəlikləri əsasən tütünlə assosiasiya olunur. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı tütün istifadəsinin zərərlərinə diqqət çəkmək, ölkə siyasətini gözdən keçirmək, üzv ölkələrdə tütün istifafədəsini gözdən keçirmək məqsədiylə hər il 31 mayı " Ümumdünya Tütünsüz Günü " elan edib. Beynəlxalq hesabatlara görə, tütün istifadəsi ən çox 25-34 və 35-44 yaş qrupları arasında geniş yayılıb. Siqareti tərgitməyə isə ən çox qadınlar cəhd edir Ümumdünya Səhiyyə Təşkilatı bu il tütündən istifadə nəticəsində yaranan ürək xəstəliklərinə diqqət çəkərək milyonlarla istifadəçinin bundan xəbərsiz olduğunu, siqaret istifadəsinə son verməklə bu insanların infarkt və iflicin yol açdığı ölümlərdən qoruna biləcəyini bildirib. Dünyada siqaret çəkənlərin 80 faizi az və orta gəlirli ölkələrdə yaşayır, onlardan 226 milyon nəfəri kasıbdır. Ötən ilin aprelində “The Lancet” tibb dərgisində dərc olunmuş araşdırmada deyilirdi ki, son 25 ildə hər gün tütündən istifadə edənlərin sayı azalıb. “Euromonitor” siqaret satışından ildə 680 milyard dollardan artıq gəlir götürüldüyünü hesablayıb. 2015-ci ildə hər dörd kişidən biri və hər 20 qadından biri gündəlik siqaret çəkib. Bəzi ölkələrdə siqaret çəkənlərin sayı azalsa da, tütünə nəzarət qaydalarının zəif olduğu bir çox ölkələrdə istifadə yüksəlir. Bunu isə siqaret əleyhinə lobbi təşkilatı olan “The Tobacco Atlas” bildirib. Oxşar xəbərlər
|