Tbilisidə keçirilən kütləvi aksiyada hökumətin istefası tələb olunub
Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında keçirilən kütləvi aksiyada baş nazir Giorgi Kvirikaşvili və hökumətin istefası tələb olunub.
APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, tələbi ötən ilin dekabrında Tbilisidə qətlə yetirilmiş yeniyetmələrdən birinin atası Zaza Saralidze səsləndirib. O, Gürcüstan prezidenti Giorgi Marqvelaşviliyə dəstəyə görə təşəkkür edərək, onu aksiyaya qoşulmağa çağırıb. Z. Saralidze qeyd edib ki, baş prokuror İrakli Şotadze istefa versə də, oğlunun qatilləri cəzalandırılmayıb: “Sistem bizə müharibə elan edib. Biz sistemi dağıdacağıq. Kvirikaşvilinin hökuməti sistemi qoruyur”. Aksiyanın gecə saatlarında da davam etdiriləcəyi gözlənilir. Oxşar xəbərlər
|