Məhəmməd Əli Əl-Husi: “Hudeyda təcavüzkarların məzarı olacaq”
Mьəllif: admin1
Tarix: 1-06-2018, 21:50
Bцlmə: Xəbərlər
Məhəmməd Əli Əl-Husi: “Hudeyda təcavüzkarların məzarı olacaq”
Yəmənin Ali İnqilabi Komitəsinin sədri Məhəmməd Əli Əl-Husi, Hudeydanın təcavüzkarlar üçün məzar olacağını bildirib.

Deyerler.org Əl-Məsirəyə istinadən xəbər verir ki, Məhəmməd Əli Əl-Husi mayın 31-i Twitter-dən verdiyi açıqlamasında, Səudiyyə rejiminin koalisiyasına müraciət edərək, His, Xoha, Nəhim, Xalid və bütün cəbhələrdə məğlub edildikləri kimi, Hudeydanın sahil cəbhəsində də irəliləməkdə uğursuz olacaqlarını və Hudeydanın təcavüzkarlar və havadarları üçün kütləvi məzarlığa çevriləcəyini vurğulayıb.

Səudiyyə rejimi və BƏƏ-nin qüvvələri bir ay əvvəl Hudeyda limanını ələ keçirmək üçün əməliyyata başlayıb.

Bu arada, Əl-Məsirənin xəbərinə görə, Yəmən ordusu sərhəd xəttində Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiyaya aid bir PUA-nı vuraraq məhv edib.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031