“Məhəmməd Peyğəmbərdən (s) 86 yadigar” sərgisi açıldı
İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Türkiyənin paytaxtı Ankaradakı Etnoqrafik Müzeydə “Məhəmməd peyğəmbərdən (s) 86 yadigar” adlı sərgi açılıb.
Sərgidə müsəlmanların tarix və mədəniyyətlərinə aid onlarla eksponat nümayiş etdirilir ki, onlar arasında birbaşa Məhəmməd peyğəmbərlə (s) əlaqəsi olan əşyalar da var. Misal üçün, sərgi ziyarətçiləri İslam Peyğəmbərinin (s) saqqalının tüklərini görə bilərlər. Həmçinin sərgidə Qurani Kərimin qədim əlyazmaları, müqəddəs Kəbənin örtükləri və digər artefaktlar da var. Bildirilir ki, sərgiyə giriş pulsuzdur və o, iyul ayının sonunadək davam edəcək. Oxşar xəbərlər
|