On4 TV-nin fəaliyyətə başlayıbmı? - Kadir Akaras açıqladı!
Bu gün sosial şəbəkələr vasitəsilə, ON4 televiziyasının açılacağı ilə bağlı telekanala yaxın şəxslər müjdəli paylaşımlar ediblər.
İslamazeri.com bununla bağlı ON4 Televiziya Kanalının İdarə Heyətinin sədri Kadir Akaras ilə əlaqə saxlayıb. ON4 Televiziya Kanalının İdarə Heyətinin sədri Kadir Akaras telekanalın fəaliyyətinə yenidən izin verilməsilə bağlı məlumatı bu gün aldığını bildirərək "Biz də, bu gün telekanalın fəaliyyətinə qoylan qadağanın aradan qaldırılmasıyla bağlı xəbər tutduq. Amma hələ ki, əlimizə rəsmi sənəd gəlməyib. Rəsmi qəzetdə də hələ ki, bununla bağlı məlumat verilməyib (Red: "Resmi gazete" bu cür qərarların açıqlandığı dövlətə bağlı mətbu qurumdur). Bu sənəd əlimizə gəldikdən sonra, ofisimizi gedib açıb, yayım və çəkiliş vasitələrimizi texniki olaraq gözdən keçirəcəyik, yəni yayıma, çəkilişə hazır olub, olmama durumunu incələməliyik. Bundan sonra, yəni qərarın rəsmi açıqlanmasından sonra ən qısa zamanda telekanal fəaliyyətinə başlayacaq.", -deyə bildirib. ON4 Televiziya Kanalının İdarə Heyətinin sədri Kadir Akaras Azərbaycandan telekanala mənəvi dəstək verən hər kəsə təşəkkürünü bildirib. Oxşar xəbərlər
|