Məsciddə namaz əsnasında terror
İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, Əfqanıstanda müqəddəs Ramazan ayının sonlarına yaxın dəhşətli cinayət törədilib.
Ölkənin Herat əyalətinin polis mərkəzinin mətbuat mərkəzinin rəisi Əbdüləhəd Vəlizadə bildirib ki, Şindant rayonunun Kəlai-Mahmud bölgəsində naməlum şəxslər məscid camaatına hücum ediblər. Məlumata görə, terrorçular məscidə soxularaq, namaz qılan insanları atəşə tutublar. Çox sayda ölü və yaralının olduğu bildirilir; onların dəqiq sayı haqda hələ məlumat verilməyib. Hal şahidlərinin sözlərinə görə, ölənlər arasında yerli tayfalardan birinin başçısı da var. Oxşar xəbərlər
|