Ərdoğan Avropa ölkəsinə səsləndi: "Xaç" və "hilalın" müharibəsi başlaya bilər!
Mьəllif: admin1
Tarix: 12-06-2018, 22:39
Bцlmə: Xəbərlər
Ərdoğan Avropa ölkəsinə səsləndi: "Xaç" və "hilalın" müharibəsi başlaya bilər!
İslamazeri.com-un “IslamNews”-ə istinadən verdiyi xəbərə əsasən, Avstriyanın əsas müsəlman təşkilatı ölkə rəhbərliyinin 7 məscidin bağlanmasına və 4 türk imamın ölkədən çıxarılmasına dair qərarını qəti surətdə pisləyib.

Müsəlman təşkilatının prezidenti İbrahim Olqun bildirib ki, rəsmi Vyananın addımları “siyasi islama” nəzarət məsələsi ilə uyğun deyil və ölkənin müsəlman icmasına ciddi zərbə endirə bilər.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan da Avstriya hökumətinin mövqeyini sərt şəkildə qınayıb. Ərdoğan deyib ki, Avstriya Baş nazirinin bu cür addımları “xaç və hilal arasında müharibəyə gətirib çıxara bilər”.

Bu arada, Avstriyanın Sosial-Demokratik Partiyası məscidlərin qapadılması və Türkiyədən maaş alan imamların deportasiyasını “hökumətin ilk fərasətli qərarı” adlandırıb.

Oxşar xəbərlər
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031