Belçika müsəlmanları üçün Ramazan ayı İslamı tanıtmaq üçün fürsət yaradıb
Belçika müsəlmanlarının fikrinə görə, Ramazan ayı müsəlman olmayan insanlarla görüşüb, islamın fəzilət və gözəlliklərini çatdırmaq baxımından ən gözəl fürsətdir.
"Deyerler.org"un "iqna" agentliyinə istinadən verdiyi xəbərə görə, Belçikadakı Al-Jisr İnstitutu və Vareqem bələdiyyəsinin birgə təşəbbüsü ilə, Ramazan ayının adət-ənənələri ilə tanış olmaq üçün qeyri-müsəlmanlar iftar süfrələrinə dəvət olunub. Təşkilatçılar iftar süfrəsinin təşkilində digər məqsədlərinin də olmasını qeyd ediblər. Buraya islam və müsəlmanlar haqqında olan streotiplərin aradan aparılması, bu şəhərdə insanlararası mənəvi ruhiyyənin qaldırılması, sülh və əminamanlıq dəyərlərinin aşılanması aid edilir. Qeyd edək ki, Belçikada yayılmış dinlər arasında islam dini ikinci yerdədir. Oxşar xəbərlər
|