İraqın Nücəba hərəkatı: “Dünya müqavimət ordusu qurulur”
İraqın Nucəba hərəkatının baş katibinin müavini höccətül-İslam Yusif Nasiri müsəlmanlardan və qeyri-müsəlmanlardan ibarət olan dünya müqavimət ordusunun qurulmalı olduğunu vurğulayıb.
Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, höccətül-İslam Yusif Nasiri əl-Məyadin kanalına verdiyi müsahibəsində, Nucəba hərəkatının adının ABŞ-ın qara siyahısına salınmasının hərəkat üçün qürur mənbəyi olduğunu bildirib. “Biz şərəflilərin oxunun bir hissəsiyik və dünyanı məhv olmağa sürükləyən şər oxuna qarşı vuruşuruq”, - deyə o bildirib. Müqavimət oxu barədə danışan Nasiri, bu oxun İranın nəzarəti altında formalaşdığını və beynəlxalq bir müqavimət ordusu olmağa doğru irəlilədiyini, bu orduya latın Amerikası və Afrika ölkələrinin də qoşulmalı olduğunu vurğulayıb. Oxşar xəbərlər
|