Dünyada nə qədər qaçqın var? – Son rəqəmlər açıqlandı
Mьəllif: admin1
Tarix: 19-06-2018, 21:39
Bцlmə: Xəbərlər
Dünyada nə qədər qaçqın var? – Son rəqəmlər açıqlandı
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) 2017-ci ilin sonuna qədər dünyanın müxtəlif yerlərində müharibələr, işgəncələr, təzyiqlər və digər səbəblərdən yaşadığı yeri tərk etmək məcburiyyətində qalan qaçqınların sayının 68,5 milyon nəfər olduğunu açıqlayıb.

Maide.Az NTV-yə istinadən xəbər verir ki, təkcə 2017-ci il ərzində 2 milyon 900 min nəfər qaçqın həyata yaşamağa məcbur edilib.

Qurumun ali komissarı Flippo Qrandi bildirib ki, 68,5 milyon nəfərdən 25 milyonu sərhədlərdən aşaraq qonşu başqa ölkələrə sığınıb. Qalan hissəsi isə öz ölkələrində başqa yerə köçüb.

Statistikaya görə, başqa ölkələrdə ən çox qaçqını olan ölkələr Suriya, Əfqanıstan, Cənubi Sudan, Myanma və Somalidir. Ən çox qaçqın qəbul edən ölkələr isə Türkiyə, Pakistan, Uqanda, Livan və İrandır.

Məlumatda bildirilir ki, bu rəqəm rekord göstərici sayılır. Dünyada hər iki saniyədə orta hesabla ən az bir adam evini tərk etməyə məcburdur. Bildirilib ki, göstərilən rəqəmin yarısını yeniyetmələr təşkil edir.

Vurğulanıb ki, dünyadakı insanların qaçqın düşməsinin həlli yeni və daha əhatəli bir yanaşma tələb edir.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031