Ali dini rəhbər ABŞ-ın miqrasiya siyasətini tənqid etdi
İran parlamentinin üzvləri ilə məsulları son parlament seçkilərindən sonra, 3-cü ilin başlanğıcı münasibətilə ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei ilə görüşüblər.
Deyerler.org Mehrə istinadən xəbər verir ki, ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei bu görüşdə çıxış edərək bunları deyib: “Parlament şübhə, üzünə inamsızlıq, ümidsizlik və diqqətsizlik kimi sifətlərin rəmzi olmamalıdır. Parlamentin baxışı milli qabiliyyətimizə qarşı ümidsizliyə düşməməlidir. 40 ildir ki, İran millətinə qarşı ən amansız düşmənçilik təşəbbüsünün tətbiqinə şahidik. Müharibə, sanksiya və təhlükəsizlik hiylələrindən tutmuş hər cür yola əl atdılar. Qanun şəklində parlamentə təqdim olunan məsələlər isə, ölkənin mənfəətlərinə maneə törətməməlidir. Latın dilində konvensiya adlanan beynəlxalq konvensiyalar əslində müəyyən bir yerdə hazırlanır, yəni üzv ölkələrin bu mərhələdə heç bir təsiri yoxdur. Böyük güclər öz maraqları istiqamətində bu müqavilələri hazırlayır və onlara tabe olan dövlətlər də bu konvensiyaları təsdiq edir. İran kimi müstəqil ölkələr bunu qəbul etməyəndə də təzyiq göstərməyə çalışırlar. Bunun yeganə həll yolu isə, parlamentin özünün qanun hazırlamasıdır. Məsələn, pulların yuyulması və terrorizmə qarşı mübarizə qanunları hazırlanmalıdır. Sonu haralara gedib çıxacağını bilmədiyimiz qanunları daşıdığı müsbət maddələrinə baxmayaraq, qəbul etməyimizin heç bir zərurəti yoxdur”. Bunlara əlavə olaraq, parlamentdəki bəzi deputatların "ailə" məsələsində Qərbdən təsirləndiyini də tənqid edən ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei, qanun hazırlama işində parlamentin problemlərin tam həllinə diqqət yetirməsini istəyib: “Qərb həyat tərzi ailə anlayışının həqiqi mənasına zidd olaraq, böyük problemləri də özü ilə birgə gətirmişdir. Bu səbəblərdən də iranlı ailələrin problemlərini aradan qaldırmaq üçün Qərbin qadın, kişi, övlad, ana və ataya dair nümayiş etdirdiyi baxışlarına diqqət etməməliyik”. Qlobal hökmran rejiminin gündən-günə daha çox aşkara çıxdığını xatırladan ali dini rəhbər, sözlərini belə davam edib: “ABŞ-da minlərlə uşağın analarından ayırma cinayətinin görüntüləri insanları yorur, ancaq amerikalılar böyük bir çirkinliklə qaçqın uşaqları valideynlərindən ayırırlar”. İnkişaf etmiş silahlara malik olan bir neçə ölkənin Yəmən xalqına aid bir limanı şiddətli hücumlarla işğal etmə təşəbbüsünün bu cinayətlərin digər bir nümunəsi adlandıran ali dini rəhbər, belə danışıb: “Bəşəriyyətin düşmənləri, eyni zamanda da İran xalqının müqavimətinə görə də bizə qarşı düşmənçilik bəsləyirlər, ancaq İran milləti Allahın köməyi ilə ölkə daxilindəki birliyini qoruyub onlara qalib gələcək”. Oxşar xəbərlər
|