Nyu Yorkun meri Trampı miqrasiya siyasətinə görə məhkəməyə verəcək
Nyu Yorkun meri Endryu Kuomoya bu ştatın Tramp rəhbərliyini miqrantların uşaqlarını valideynlərindən ayıran miqrasiya siyasəti səbəbilə məhkəməyə verəcəyini bildirib.
Deyerler.org Reuters-ə istinadən xəbər verir ki, Trampın müxaliflərindən olan Kuomoya belə bir açıqlama ilə çıxış edib: “Tramp rəhbərliyinin miqrantların uşaqlarını valideynlərindən ayırma siyasəti əxlaqi bir tənəzzül və humanitar bir faciədir”. Nyu Yorkun meri, həmçinin ştat agentliklərinə prezident Donald Trumpa qarşı 70 qanunsuz miqrant uşağı təmsil edən məhkəmə işi üçün göstəriş verəcəyini bildirib. Qardian qəzetinin xəbərinə görə, Texasın cənubunda Trampın miqrantlara qarşı dözümsüzlük siyasətinə görə ailəsindən ayrı qalan yüzlərlə uşaq, köhnə bir anbarda metal qəfəslər içində saxlanılır. Su şüşəsi, kartof kisələri və folqa kağızları ilə dolu qəfəslərin hər birində 20 uşağın olduğu bildirilir. Oxşar xəbərlər
|