Bəhreyn müxalifətinin lideri Şeyx Əli Salman məhkəmədə bəraət aldı
Qətərə cəsusluqda ittiham olunaraq həbs olunan Bəhreyndə ən böyük müxalifət təşkilatı Əl-Vifaq cəmiyyətinin baş katibi Şeyx Əli Salman bəraət alıb.
Deyerler.org LualuaTV-yə istinadən xəbər verir ki, Şeyx Əli Salman haqqında Qətərə casusluq cinayəti üzrə 4 ildən 9 ilə qədər həbs cəzası tələbi ilə keçirilən məhkəmədə qərar verilib. Məhkəmə Bəhreyn müxalifətinin lideri haqqında keçirilən iclasda bəraət qərarını verib. Eyni məhkəmədə ittiham olunan Əl-Vifaq cəmiyyətinin üzvü Şeyx Həsən Sultan ilə Əli Asvəd də bəraət alıb. Xatırladaq ki, iyunun 20-si Beynəlxalq Amnistiya təşkilatı ilə 34 beynəlxalq təşkilat Bəhreyndə ideoloji səbəblərlə həbs olunan Şeyx Əli Salmanın dərhal azadlığa buraxılmasını tələb etmişdilər. Oxşar xəbərlər
|