Tanınmış əxlaq ustadı Höccətül-islam Hüseyni vəfat edib
"İnna lillah və inna ileyhi raciun"
Tanınmış əxlaq ustadı Höccətül-islam Əli Əkbər Musəvi Hüseyni bu gün 79 yaşında vəfat edib. Maide.Az İran KİV-lərinə istinadən xəbər verir ki, uzun illər İran Dövlət televiziyasında “Ailədə əxlaq” verilişinin eksperti kimi çıxış edən mərhum höccətül-islam Hüseyni ürək xəstəliyindən əziyyət çəkirdi və bu gün, günün ikinci yarısında Tehranda Mehr xəstəxanasında vəfat edib. O, Tehran və Qum elmi-dini hövzələrində dərs alıb. Onun ustadlarından Əl-Mizan təfsirinin sahibi Seyyid Məhəmmədhüseyn Təbatəbai, Ayətullah Cavadi Amuli, Ayətullah Sübhani, Ayətullah Xoşvəqt və digərlərinin adını çəkmək olar. Mərhum Hüseyni iki dövr parlamentdə deputat, Tehran əyaləti üzrə təhsil idarəsinin rəhbəri və digər qurumlarda çalışıb. Universitetdə dərs deyib. Allah rəhmət etsin! Oxşar xəbərlər
|