Türkiyədə prezident seçkilərində bülletenlərin 65 faizi hesablanıb, Ərdoğan liderdir
Türkiyədə keçirilən prezident seçkilərində bülletenlərin 65 faizi hesablanıb.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, ilk yeri səslərin 55,47%-ni toplayan Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan tutur. İkinci yerdə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə (29,22%), üçüncü isə İyi Partiyanın sədri Meral Akşenerdi (07,47%). Namizədlərdən heç biri 50%-dən artıq səs toplaya bilməsə, birinci turda ən çox səs toplayan iki namizəd iyulun 8-də keçiriləcək ikinci turda mübarizə aparacaq. Oxşar xəbərlər
|