İran ABŞ-ı beynəlxalq məhkəməyə verdi
İran ABŞ banklarında dondurulan 2 milyard dollarını geri almaq məqsədilə beynəlxalq məhkəməyə müraciət edib.
Beynəlxalq Haaqa Məhkəməsi İranın müraciətini qəbul edib və cari ilin oktyabr ayında araşdırma başlayacaq. Xatırladaq ki, 2015-ci ildə İran ilə Qərb ölkələri arasında “İranın nüvə proqramının məhdudlaşdırılması” haqqında imzalanan razılaşmadan sonra bir sıra ölkələrin banklarında İrana məxsus dondurulmuş hesablar açılıb. ABŞ öz banklarındakı vəsaitin bir hissəsini qaytarsa da, 2 milyard dolları qaytarmaqdan imtina edib. Rəsmi Vaşinqton bu vəsaiti müsadirə etmək istəyində olduğunu bildirib. Lakin İran bu vəsaiti məhkəmə yolu ilə almaq qərarına gəlib. (virtuaz.org) Oxşar xəbərlər
|