Sionistlər Həzrət Yusifin (ə) və Həzrət İbrahimin (ə) türbələrinə hücum etdi
Mьəllif: admin1
Tarix: 26-06-2018, 21:48
Bцlmə: Xəbərlər
Sionistlər Həzrət Yusifin (ə) və Həzrət İbrahimin (ə) türbələrinə hücum etdi
İordan çayının qərb sahilindəki Nablus şəhərində Həzrət Yusif peyğəmbərin (ə) türbəsinə hücum edən sionist əsgərlərlə fələstinlilər arasında baş verən qarşıdurmada 50 nəfər fələstinlinin yaralandığı bildirilib.

Deyerler.org Palinfo-ya istinadən xəbər verir ki, Fələstinin Qızıl Aypara Cəmiyyəti tərəfindən verilən yazılı açıqlamaya görə, dününü sübh saatlarında bir qrup sionist dini ayinlərini həyata keçirmək bəhanəsi ilə Həzrət Yusifin (ə) türbəsinə hücum edib, və buna etiraz edən fələstinlilərlə sionist İsrail rejiminin əsgərləri arasında qarşıdurma baş verib.

Qarşıdurmada bir nəfərin həqiqi güllə, 17 fələstinlinin isə plastik güllələrlə yaralandığı bildirilib. Xeyli sayda insan atılan göz yaşardıcı qaz bombalarından zərər çəkib.

Şahidlərin sözlərinə görə isə, İsrail rejiminin əsgərləri qarşıdurmalar vaxtı onlarla fələstinlini də həbs ediblər.

Bu arada İsrail rejiminin din işləri naziri David Azulai iyunun 25-i günorta saatlarında İordan çayının qərb sahilindəki Əl-Xəlil şəhərində yerləşən İbrahim Əl-Xəlil Məscidinə basqın həyata keçirib.

Fələstinin vəqflər və din işlər naziri Yusif Udəys sionist nazirin İbrahim Əl-Xəlil məscidinə basqın təşkil etməsini pisləyib və hücumun müsəlmanlara qarşı təhqir olduğunu deyib.

Hücumla məscidinin nüfuzuna xələl gətirildiyini bildirən Udəys, İbrahim Əl-Xəlil məscidinin yalnız müsəlmanlara aid olduğunu və başqa heç kimin məscidin üzərində haqqının olmadığını bildirib.

Udəys sionist nazirin İbrahim Əl-Xəlil məscidinə etdiyi hücumun məscidin tamamilə müsadirə etmək istəyən sionistlərə dəstək çərçivəsində reallaşdığını söyləyib.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031