Gürcüstanda prezident seçkilərinə 15 mln. dollardan çox vəsait ayrılacaq
Gürcüstanda bu ilin oktyabrında keçiriləcək prezident seçkilərinə dövlət büdcəsindən 39 mln. lari (15 mln. dollardan çox) vəsait ayrılacaq.
APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Tamar Jvaniya bildirib. O, prezident seçkilərinə hazırlığın artıq başlandığını deyib: “Seçkilərə hazırlıq məqsədilə müxtəlif treninqlər təşkil olunur. Hesab edirəm ki, qarşıdan gələn seçkiləri əvvəlkilərə nisbətən daha hazırlıqlı təşkil edəcəyik”. Oxşar xəbərlər
|