Avropadakı krallıqdan müsəlman xanımlara qadağa
İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, Niderland krallığında ictimai yerlərdə üzü örtən geyimi qadağan edən qanun layihəsi qəbul edilib.
Sənəddə söhbət niqab, pərəncə, çadra və burkadan gedir. Hicabın geyilməsi isə icazəlidir. Sənədə əsasən, ictimai yerlər deyildikdə nəqliyyat, təhsil müəssisələri, xəstəxanalar, həmçinin dövlət təsisatları da nəzərdə tutulur. Qanunu pozanları isə 400 avro cərimə gözləyir. Xatırladaq ki, oxşar qadağalar bir sıra digər Avropa ölkələrində də - Fransa, Belçika, Danimarka və Avsrtiyada da mövcuddur. Oxşar xəbərlər
|