ABŞ koalisiyasının etirafı: “Səhvən 939 dinc sakini öldürdmüşük”
Mьəllif: admin1
Tarix: 28-06-2018, 21:50
Bцlmə: Xəbərlər
ABŞ koalisiyasının etirafı: “Səhvən 939 dinc sakini öldürdmüşük”
ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı beynəlxalq koalisiya qüvvələri Suriya və İraqda 2014-cü ildən etibarən həyata keçirilən hücumlarda ən azı 939 dinc sakinin səhvən öldürüldüyünü açıqlayıb.

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, koalisiya tərəfindən dərc olunan hesabata görə, koalisiya qüvvələri 2014-cü ilin avqust ayından 2018-ci ilin iyun ayına qədər 29596 hücum təşkil edib: “Bu gün əldə edilən məlumatlar daxilində Birləşmiş Birgə Vəzifə Gücünün (CJTF-OIR) qiymətləndirmələrinə görə, “Sarsılmaz qərarlılıq” hərəkatının başladığı gündən bu yana koalisiyanın hücumları nəticəsində ən azı 939 dinc sakin səhvən öldürülüb”.

Koalisiyanın bundan əvvəl yaydığı hesabatında, mülki itkilərin sayının 892 olduğu bildirilmişdi.

ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı koalisiyanın Suriyadakı hücumları nəticəsində baş verən mülki itkilər, uzun müddətdir mübahisə mövzusudur. Suriyalı mənbələr koalisiyanın hücumlarında həyatını itirən vətəndaşların daha çox olduğunu bildirir.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031