İraq Baş naziri: Terrorçular dərhal edam edilməlidir!
İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, İraqın Baş naziri Heydər Abadi bəyan edib ki, terrorçuluq fəaliyyətinə görə məhkum edilərək edam hökmünün icrasını gözləyənlər dərhal edam edilməlidirlər.
Sözügedən bəyanat, İŞİD terror təşkilatı 8 əsiri qətlə yetiməsinin videosunu yaydıqdan sonra edilib. Qeyd etmək lazımdır ki, hazırda İraqda terror fəaliyyətinə görə məhkum edilmiş təxminən 3 min nəfər edam hökmünün icra edilməsini gözləyir. Oxşar xəbərlər
|