Sünni alim: "Əbubəkr Bağdadi Yeziddən daha şərəfsizdir" (Video)
İraqlı sünni alim maraqlı açıqlamaları ilə gündəmə gəlib İslamazeri.az-ın “al-Alam”-a istinadən verdiyi xəbərə əsasən, şeyx Əhməd əl-Kəbisi televiziya verilişlərinin birində İraqın Mosul şəhərində dini abidələr və ziyarətgahların dağıdılması ilə bağlı ünvanlanan suala belə cavab verib: “Hüseynin (ə) qatilindən daha şərəfsiz olan Əbubəkr əl-Bağdadi yəhudilərin muzdurudur, vəssəlam. Allaha and olsun işid-mişid, hətta vəhhabilərin atası olan Məhəmməd ibn Əbdul-Vəhhab yüz faiz yəhudilərin tərbiyə etdiyi şəxslərdir. Mən aləmlərin Rəbbinin qarşısında bütün bu dediklərimin məsuliyyətini qəbul edirəm. Allaha and olsun ki, yəhudi hərəkatı İslama zərbə vurmaq üçün ayağa qalxıb və buna da nail olurlar.” Qeyd edək ki, bu alim 2 il bundan öncə də İslam peyğəmbərinin (s) bəzi səhabələrini, o cümlədən Müaviyəni şiddətlə qınayaraq, Əbu Süfyan barədə “Bizim bu günkü problemlərimizin hamısı onun sayəsindədir”-deyə bildirmişdi. Oxşar xəbərlər
|