Gürcüstanda təbii fəlakət baş verib, bir kəndlə əlaqə kəsilib
Mьəllif: admin1
Tarix: 5-07-2018, 23:47
Bцlmə: Xəbərlər
Gürcüstanda təbii fəlakət baş verib, bir kəndlə əlaqə kəsilib
İslaminSesi “Report”a istinadən xəbər verir ki, leysan yağışları kəndin ətrafındakı dağlarda torpaq sürüşməsinə səbəb olub və nəticədə Çuberi kəndi ilə əlaqə tam kəsilib.

Kəndi əhatə edən Nenskara çayında suyun səviyyəsi qalxıb. Güclü sel kənddəki 4 körpünü dağıdıb. Kənd sakinlərinin telefonla verdikləri məlumata görə, günorta saatlarında dağlardan güclü səs, ardınca sel gəlib. Bir neçə dəqiqədən sonra sel suları kökündən qopardıqları ağacları kəndin ortasına qədər gətirib. Bir neçə ev su altında qalıb.

Gürcüstanın Fövqəladə Hallar Xidməti hadisə ilə bağlı məlumat yayıb. Məlumatda dağlarda güclü leysan yağışlarının yağdığı, nəticədə torpaq sürüşməsi olduğu, çaylarda suyun səviyyəsinin artdığı, Çuberi kəndinin ətrafla əlaqəsinin tam kəsildiyi bildirilib.
Oxşar xəbərlər
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031