Bəşər Əsəd: “ABŞ və bəzi Qərb ölkələri Suriyada siyasi proseslərə maneədirlər”
Suriyanın prezidenti Bəşər Əsəd ABŞ və bəzi Qərb ölkələrinin Suriyada siyasi proseslərin qarşısında maneə olduqlarını deyib.
Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, B.Əsəd Xarici İşlər Nazirliyi səviyyəsində bir qrup diplomat ilə keçirdiyi görüşdə, milli səviyyədə hər cür müqavilənin nail olunacaq müqavilə ilə reallaşacağını qeyd edərək, bu kimi müqavilələrin də danışıqlardan savayı başqa bir yolla əldə edilməyəcəyini söyləyib. Bəşər Əsəd ölkənin yenidənqurulması və inşasını, Suriyanın ən mühüm prioriteti kimi qiymətləndirərək, terrorçulara qarşı mübarizə ilə ölkənin torpaqlarını işğaldan azad etmək istiqamətində işlərin də fasiləsiz bir şəkildə davam edəcəyini deyib. Suriya prezidenti fəsadla mübarizə, suriyalılar arasında danışıqların gücləndirilməsi, qaçqınların torpaqlarına qayıtması və ya siyasi prosesin davamlı olmasının da prioritet işlərdən olduğunu bildirərək, Amerika başda olmaqla bəzi Qərb ölkələrinin siyasi prosesə mane olduqlarını deyib. Oxşar xəbərlər
|