Şeyx Zəkzakinin səhhəti pisləşib
Nigeriya şiələrinin rəhbəri Şeyx İbrahim Zəkzakinin ailəsinə yaxın mənbələr onun səhhətinin pisləşdiyini və bu məsələnin Şeyx Zəkzaki ailəsini və tərəfdarlarını narahat etdiyini bildirib.
Maide.Az “ABNA”a istinadən xəbər verir ki, Nigerya İslami Hərəkatının sözçüsü İbrahim Musa deyib ki, Şeyx Zəkzaki təcili həkim nəzarətində müalicə olunmalıdır. "Şeyx Zəkzaki üçün yenidən insult keçirmə təhlükəsi var və təcili həkim nəzarətində müalicə almalıdır”. İ.Musa Nigeriya rəhbərliyinə müraciət edib və Şeyx Zəkzakini dərhal azad edilməsini və müalicəsi üçün şərait yaradılmasını tələb edib. Qeyd edək ki, 2015-ci ildə evinə təşkil olunmuş hücum nəticəsində yaralanan və hazırda həyat yoldaşı ilə birlikdə həbsdə saxlanılan Şeyx Zəkzaki ötən il insult keçirmişdi. Xatırladaq ki, Nigeriya məhkəməsi 2016-cı ilin sonlarında Şeyx Zəkzəkinin azadlığa buraxılmasına qərar verib, ancaq Şeyx Zəkzəki hələ də Nigeriya hökuməti tərəfindən həbsdə saxlanılır. Oxşar xəbərlər
|