Ayətullah Sistaninin nümayəndəsi: “İraqın baş naziri xalqın səsini eşitməlidir”
İraqın Bəsrə əyalətində baş verən su və elektrik problemi səbəbilə xalq küçələrə çıxaraq mitinq keçirib.
Deyerler.org Təsnimə istinadən xəbər verir ki, Ayətullah Seyid Əli Hüseyni Sistaninin Kərbəladakı nümayəndəsi Şeyx Əbdül-Mehdi Kərbəlayi cümə xütbəsində Bəsrə əyalətində baş verən xalq nümayişinə toxunaraq, belə danışıb: “Xalqın keçirdiyi aksiyalarla yaşadıqları problemləri çatdırır. Bu problemlər arasında su və səhiyyə sahələri kimi, əsas humanitar ehtiyaclar var. Xalq işsizlik, su sıxıntısı, elektrik istifadəsi kimi, problemlərlə üzləşib”. Bəsrə xalqının etiraz səslərini eşitdiklərini və onlara üzləşdikləri çətinliklər səbəbilə haq verdiklərini deyən Şeyx Əbdül-Mehdi Kərbəlayi, xalqın yanında olduqlarını vurğulayıb: “Əgər dövlətimiz korrupsiya ilə lazım olduğu kimi mübarizə apararaq, ləyaqət prinsipinə riayət etmiş olsaydı, xalq bu problemlərlə yaşamağa məcbur qalmazdı”. Bəsrə şəhərinin terrorla mübarizədə ilk şəhidləri verən yer olduğunu və eyni zamanda malik olduğu ehtiyatları ilə zəngin bir şəhər olduğunu deyən Kərbəlayi, sözlərini belə davam edib: “Bu şəhərin belə bir vəziyyətdə olması qəbul edilə bilməz”. İraqın baş nazirinin Bəsrəyə gedərək şəhər elektrik idarəsinin direktoru Məhəmməd Əbdüləmir ilə görüşüb. Baş nazirin ofisindən görüşlə bağlı verilən açıqlamada, Bəsrə şəhərində baş verən elektrik kəsintisi ilə bağlı tələb olunan araşdırmaların aparıldığı bildirilib. Oxşar xəbərlər
|