Fransalı gənc İmam Rzanın (ə) hərəmində İslam dinini qəbul etdi
Fransalı gənc Məşhəddə İmam Rzanın (ə) pak hərəmində kəlimeyi-şəhadət deyərək, İslam dinini qəbul edib.
Deyerler.org Asdan News-a istinadən xəbər verir ki, Qüds Rəzəvi ostanının xarici ziyarətçi işləri idarəsinə gələrək, İslamı qəbul edən fransalı gənc bildirib ki, uşaqlığımdan etibarən Fransanın şərqində yaşayıb və orada müsəlmanlarla yaxından əlaqədə olub. Ailəsinin digər dinlər və məzhəblərə qarşı açıq fikirli olduğunu və bütün dinlərin bir-biri ilə bir çox ortaq nöqtəsi olduğunu qeyd edən fransız gənc, belə danışıb: “Yaxın şərq və müsəlman ölkələrinə bir çox işgüzar səyahətdə olarkən İslam dini ilə daha çox tanışlıq fürsəti əldə etdim”. İslam dini və xristianlıqla bağlı bir çox kitab oxuduğunu qeyd edən fransız gənc, sözlərini belə davam etdirib: “Xristian olmağıma baxmayaraq, öz dinimlə bağlı o qədər də çox məlumatım yoxdur, ancaq İslam dinində həyat ilə bağlı daha faydalı fikirlər və praktiki üsullar öyrəndim və bu din ilə bağlı müsbət fikrə malik oldum. Bütün insanlar daha yaxşı bir yaşayış axtarırlar və İslam bu sahədə güclü bir din kimi irəliləmək və yüksəlmək üçün bir çox hökmlər ortaya qoymuşdur. Din məsələsi mənim üçün önəmli olsa da, ancaq bir iranlı xanımla tanış olmağım mənim İslam dini ilə bağlı biliyimin daha da artmasına yol açdı və mən daha yaxşı bir həyat üçün müsəlman olmaq istədim”. İslam dinini qəbul etməsinin tamamilə şəxsi bir qərarı olduğunu və evlənməsinin İslam dinini qəbul etməsinin əsas səbəblərindən biri olduğunu qeyd edən fransalı gənc, belə danışıb: “İslam və cəfəri məzhəbi ilə bağlı daha çox məlumata malik olaraq, daha yaxşı və daha faydalı bir insan olmaq istəyirəm”. Qərbin İslam və müsəlmanlara qarşı qara PR kampaniyası aparmasına toxunan fransız gənc, belə davam edib: “Özün və başqaları üçün faydalı olmaq, hərəkətlər və davranışlarında həqiqi İslamın nə olduğunu göstərmək düşmənlərin yumşaq müharibəsi ilə mübarizədə ən yaxşı üsuldur. Bu gün mənim üçün bir başlanğıc nöqtəsidir və Allahdan bu müqəddəs məkanda mənim İslam və cəfəri məzhəbinə qarşı məlumatımı artırmasını istəyirəm”. Mərasimin sonunda Qüds Rəzəvi ostanının xarici ziyarətçi işləri idarəsi tərəfindən yeni müsəlman olan fransalı gəncə Qurani-Kərimin ingiliscə tərcüməsi və bəzi digər mədəni hədiyyələr verilib. Oxşar xəbərlər
|