ABŞ-da uşaqları qəhrəmanca xilas edən iki müsəlman həlak oldu
Səudiyyə Ərəbistanından olan iki tələbə ABŞ-da təlimdə olarkən batan uşaqların həyatını xılas etmək üçün öz həyatlarını qurban veriblər.
"Deyerler.org"un "islam.ru" agentliyinə istinadən verdiyi xəbərə görə, onlar, Çikopi çayında axına düşərək boğulan uşaqların analarının səsini eşidərək dərhal suya atılırlar. Onlar uşaqları xılas etməyi bacarırlar. Amma çay axını güclü olduğundan özləri xilas ola bilmirlər. Onların cəsədləri bir neçə gün sonra, xilasedicilər tərəfindən tapılır. ABŞ Dövlət Departamenti həlak olan tələbələrin valideyinlərinə baş sağlığı verib. Oxşar xəbərlər
|