Məhəmməd bin Salman anasını həbs etdi və təhlükəsizliyi Mossada tapşırdı
Səudiyyə rejiminin vəliəhd şahzadəsi Məhəmməd bin Salman (MbS) anası Fəhdə binti Falihi öz təlimatı ilə ev həbsinə salıb.
Deyerler.org Yaxın Şərq KİV-lərinə istinadən xəbər verir ki, Kral Salmanın 3-cü xanımı olan Fəhdə binti Falihin MbS-nin icazəsi olmadan kimsə ilə görüşmədiyi bildirilir. Kral Salmandan 6 övladı olan Fəhdə binti Falih, həyat yoldaşından kənarlaşdırılaraq, kiçik bir evdə ev həbsində saxlanılır. Kral Salmanın yeganə rəsmi həyat yoldaşı olan Binti Falihin oğlunun ölkəni idarə etmək gücü məsələsində şübhəsinin olduğunu deməsindən sonra, MbS tərəfindən ev həbsinə salındığı qeyd olunur. Le Monde qəzetinin xəbərinə görə, ABŞ kəşfiyyatı MbS-nin anasını Kral Salmandan uzaqlaşdırmaq səyləri və Kral Salmanın alzeyhmer xəstəliyinə yoluxması ilə bağlı söhbətlərini dinləməyi nail olmuşdur. Bu arada, amerikalı bir siyasi analitik MbS-nin şəxsi təhlükəsizliyini İsrail rejiminin kəşfiyyat təşkilatına (Mossad) həvalə etdiyini açıqlayıb. Amerikalı bir siyasi analitik ABŞ-ın MSNBC telekanalına verdiyi açıqlamasında, İsrail rejimində paylaşılan məlumatların MbS-nin gələcəkdə Səudiyyə rejimində baş verəcək hər cür çevrilişə qarşı təhlükəsizlikdə olması üçün şəxsi təhlükəsizliyini tamamilə Mossada həvalə etdiyini bildirib. Sionist mənbələrin açıqlamalarına əsasən, MbS təhlükəsizlik məsələsində Mossad Kəşfiyyat Xidmətinə güvənir. MbS şəxsi təhlükəsizliyi məsələsində Səudiyyə rejiminə və ordusuna güvənmir. Qeyd etmək lazımdır ki, Mossad Kəşfiyyat Xidməti ilə Səudiyyə rejimi arasındakı kəşfiyyat əlaqəsi, Stratfor-un kəşfiyyat firmasından və xüsusilə də terrorla mübarizə haqqında Stratfor-un icraçı direktoru və bəzi analitiklər arasında görüşlərin olduğu bildirilən hesabatın 2008-ci ilin may ayında bir sıra e-məktub ilə ortaya çıxarılıb. Bu mesajlar onların Səudiyyə rejimi ilə xüsusi qaranlıq əlaqələrə malik olduqlarına dair iddiaları da isbat edib. Oxşar xəbərlər
|