Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi
Mьəllif: admin1
Tarix: 17-07-2018, 19:40
Bцlmə: Xəbərlər
Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi
İyulun 16-sı minlərlə nigeriyalı ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Şeyx İbrahim Zəkzəkiyə azadlıq tələbilə paytaxt Abucada növbəti mitinqlərini keçirib.

Deyerler.org Premiumtimesng-ə istinadən xəbər verir ki, Nigeriya əsgərlərinin 2015-ci il 12 dekabr tarixində Zariyadakı Bəqiyyətullah hüseyniyyəsinə hücum edərək, rəsmi rəqəmlərə görə, 347 Əhli-Beyt (ə) ardıcılını öldürdüyü hücumda bir nigeriyalı əsgərin də öldüyü iddia olunur.

Nigeriyalı Əhli-Beyt (ə) ardıcıllarının kütləvi şəkildə öldürülməsi üçün heç bir əsgər cinayət məsuliyyətinə cəlb olunmamasına baxmayaraq, Kaduna hökuməti, Şeyx Zəkzəkini əsgərin ölümünə görə mühakimə edir.

Nigeriya Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri və xanımına qarşı Kaduna Federal Ali Məhkəməsində 8 ittiham irəli sürülüb və məhkəmənin növbəti iclasının avqustun 2-də davam etməsi gözlənilir.

İyulun 16-sı küçəyə çıxan minlərlə nigeriyalı Əhli-Beyt (ə) ardıcılı təhlükəsizlik qüvvələri tərəfindən öldürülən tərəfdarlarının şəkillərini qaldırıblar.

Əvvəlki etiraz aksiyalarına polis sərt müdaxilə etsə də, dünən keçirilən mitinq dinc şəraitdə və heç bir müdaxilə olmadan davam etmişdi.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031