İsraildən müsəlmanlara yeni məhdudiyyət
İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, İsrail rejimi yanacaq və qaz daşıyan avto-sisternlərin Qəzza sektoruna girişini bağlayıb.
İsrail rejimi Silahlı Qüvvələrindən bildiriblər ki, bu qadağa ən azı qarşıdan gələn bazar gününədək davam edəcək. Bu günlər ərzində isə nəzarət keçid məntəqələrindən fərdi keçid icazəsinin göstərilməsi şərti ilə yalnız ərzaq və dərman daşıyan yük avtomobillərinin keçidinə icazə veriləcək. Xatırladaq ki, daha öncə İsrail rejimi Qəzza sahillərində balıq tutulmasına icazə verilən zonanı 6 dəniz milindən 3 dəniz milinədək qısaldıb. Məhdudiyyətə əməl etməyənlərə isə atəş açılacaq. Oxşar xəbərlər
|