Çində müsəlman uşaqlarına din təlimləri qadağan edildi
Mьəllif: admin1
Tarix: 19-07-2018, 09:19
Bцlmə: Xəbərlər
Çində müsəlman uşaqlarına din təlimləri qadağan edildi
Çinin Gansu əyalətinin Lin Şay şəhərində on altı yaşından aşağı müsəlman uşaqlarına dini maarifin öyrədilməsi qadağan edilib.

Maide.Az “İQNA”a agentliyinə istinadən xəbər verir ki, "Kiçik Məkkə" adlanan bu şəhərin məscid imamlarından biri xəbəri təsdiqləyib və bildirib ki, Əvvəllər yay tətili boyunca təşkil edilən dini təlim kurslarında mindən çox uşaq və yeniyetmə iştirak edirdi. Amma dini maarifinin uşaqlara təlim edilməsi qadağan olunduqdan sonra onlar bu təlim kurslarında iştirak edə bilmirlər.

Onun sözlərinə görə, hazırda bu siniflərdə və təlim kurslarında sayı 20-dən çox olmamaqla 16 yaşından yuxarı olan və dövlətdən rəsmi icazə alan gənclər iştirak edə bilər.

Çin dövləti rəsmiləri yay tətilindən səmərəli istifadə, uşaqların yaxşı istirahət etməsi və dərslərinə diqqətlərini toplaması bəhanəsi ilə bu qadağanı tətbiq edib.

Qeyd edək ki, Çinin Gansu əyalətinin mərkəzi olan Lin Şay şəhəri dini azadlığın mərkəzi sayılırdı.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031