Fələstindən Qəzzanın bombalanmasına cavab: İsrail hərbiçisi öldürüldü
İsrailin qəzzaya hücumu zamanı Fələstin qüvvələri müqavimət göstərib. Nəticədə bir İsrail hərbiçisi öldürülüb.
Maide.Az “FİA”a istinadən xəbər verir ki, Fələstin Müqvimət Qüvvələri sionist rejiminin şğalçı siyasətinə cavab olaraq aksiyalarını davam etdirəcəklərini, bu hücumların onların müqavimətini qırmayacağını bəyan edib. Xatırladaq ki, ötən gün İsrail qüvvələri Qəzzanı bombardıman edib, nəticədə aralarında qadın və uşaqlar olmaqla 5 nəfər şəhid olub, onlarla adam yaralanıb. İsrailin bu hücumlarına əsas səbəb, son 4 ayda Qəzzada işğalçı rejim əleyhinə aksiyaların geniş vüsət almasıdır. İsrail tərəfi dinc aksiyaların qarşısını almaqdan ötrü odlu silahlar və ağır texnikadan istifadə edir. Fələstin müqavimət qüvvələri isə onlara daş və ağacan istifadə etməklə müqavimət göstərir. Oxşar xəbərlər
|