Bəhreynin rejimi daha bir Əhli-Beyt (ə) alimini həbs etdi
Bəhreyndə vəhhabi idealogiyalı Ali Xəlifə rejimi ölkənin Əhli-Beyt (ə) ardıcıllarına qarşı mürtəce siyasətlərini davam etdirərək, tanınmış din xadimi Şeyx Məhəmməd Səid Əl-Arazı həbs edib.
Deyerler.org Revolution Bahrain saytına istinadən xəbər verir ki, Bəhreyn iqtisadi və elektrik təhlükəsizliyi və fəsadla mübarizə idarəsinin sədri Bəsamul Mərac verdiyi açıqlamasında, Şeyx Məhəmməd Səid Əl-Arazın həbsinə İslam peyğəmbərinin (s) vəfatından sonra baş vermiş bir tarixi hadisə ilə bağlı paylaşdığı bir tviti əsas göstərib. Bayren rəsmisi həbs edilən Səid Əl-Arazın işi barədə hüquqi proseduraların aparıldığını və işin prokurorluğa göndərdiyini bildirərək, Bəhreyn qanunları əsasında Şeyx Səid Əl-Arazın bir illik həbs və təzminat cəzasına məhkum edildiyini söyləyib. Bəhreynin diktator rejimi bundan əvvəl də boş bəhanələrlə 3 alimi edam və 8 alimi də ömürlük həbs cəzasına məhkum etmiş, Ayətullah İsa Qasım başda olmaqla 19 alimi də vətəndaşlıqdan məhrum edib. Oxşar xəbərlər
|