Ruhanidən düşmənlərə mesaj: İranla müharibə bütün müharibələrin anası olacaq!
İslamazeri.com-un ISNA-ya istinadən verdiyi xəbərə əsasən, İran prezidenti Həsən Ruhani ABŞ-a xəbərdalıq edib ki, digər ölkələrdən gələn təhdidlərə cavab olaraq rəsmi Tehran eyni şəkildə hərəkət edəcək.
“İran qüvvələri səbir edir və biz heç kimlə mübarizə aparmırıq və müharibə də etmirik. Lakin, qoy düşmənlər yaxşı başa düşsünlər ki, İranla müharibə bütün müharibələrin anasıdır, İranla sülh bütün sülhlərin anasıdır. Bizi heç vaxt qorxuda bilməyiblər. Təhdidlərə cavab olaraq biz də təhdidlə cavab verəcəyik.”, - deyə Ruhani bildirib. O qeyd edib ki, “bu gün ABŞ-la dialoqun heç bir mənası yoxdur, əgər (söhbət) təslimiyyətdən (güzəştdən) getmirsə”. Xatırladaq ki, daha öncə İranın Ali lideri Ayətullah Xamenei də bəyan etmişdi ki, ABŞ-la danışıqlar aparmaq faydasızdır. Oxşar xəbərlər
|