Yəmənli şiələr Putinə müraciət etdi
İslamazeri.com-un SABA-ya istinadən verdiyi xəbərə əsasən, Husilərin Ali Siyasi Şurasının sədri Mehdi əl-Məşat Yəməndəki hərbi münaqişənin həll edilməsi məsələsində Rusiyadan kömək istəyib.
Rusiya prezidenti Vladimir Putinə göndərilmiş məktubda hərəkatın sədri “Yəmənə qarşı olan təcavüzü” və “Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya tərəfindən olan hərbi müdaxiləni” vurğulayır. Əl-Məşatın sözlərinə görə, ABŞ münaqişənin şiddətlənməsi və gərginləşməsində maraqlıdır. Qərb ölkələrinin məqsədi “Yəmən və bütün regionda xaos yaymaqdır”. Oxşar xəbərlər
|