Ayətullah İsa Qasımın əməliyyatı uğurla keçib
Bəhreyndə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah İsa Qasımın iyulun 24-ü keçirdiyi cərrahiyyə əməliyyatının uğurla başa çatdığı bildirilib.
Deyerler.org Lualuatv-yə istinadən xəbər verir ki, Ayətullah İsa Qasımın səhhətinə nəzarət etmək üçün Bəhreyndən olan həkim qrupu belə bir açıqlama ilə çıxış edib: “Həkimlər əməliyyatın müvəffəqiyyətli olduğunu söylədilər. Vəziyyətinə nəzarət etmək üçün Ayətullah İsa Qasım ən azı 48 saat reanimasiyada qalmalıdır və intensiv müalicə olunmalıdır”. Xatırladaq ki, Ayətullah İsa Qasim 1 ildən artıqdır ev həbsində saxlanıldıqdan sonra, 3 həftə əvvəl təcili tibbi yardım maşını ilə Bəhreyndəki bir xəstəxanaya yerləşdirilərək, əməliyyat keçirib. O, daha sonra da iyulun 9-da həkimlərin qərarı ilə müalicə imkanlarının çatışmazlığına görə Londona göndərilmişdi. Oxşar xəbərlər
|