Sionistlər Həzrət Yunis (ə) peyğəmbərin türbəsinə hücum etdi
İsrail rejimi qüvvələrinin təhlükəsizlik tədbirləri altında bir qrup sionistin işğal altındakı Əl-Xəlil şəhərindəki Həzrət Yunis (ə) peyğəmbərin məscidinə və türbəsinə hücum etdiyi bildirilib.
Deyerler.org xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA bu barədə məlumat verib. Xəbərdə Əl-Xəlilin Halul mahalını mühasirəyə alan İsrail rejimi əsgərlərinin evinə basqın təşkil edərək fələstinli Əhməd Əbu Hüseyni də həbs etdiyi qeyd edilib. Sionistlər işğal altındakı Əl-Xəlil şəhərində olan Həzrət Yunis (ə) məscidi və türbəsinə müxtəlif bayramlar səbəbiylə tez-tez basqın təşkil edir. Əl-Xəlil şəhərində olan müsəlmanların müqəddəs məkanlarının hörmətini pozan sionistlər bu məkanlarda Telmud ayinləri edirlər. Oxşar xəbərlər
|