Bəşər Əsəd: “Qələbəyə çox yaxınıq!”
Suriya ordusu ölkənin cənub bölgələrini terrorçulardan təmizlənməsi fəaliyyətini davam etdirir və bu əsnada Suriyanın prezidenti Bəşər Əsəd əsgərlərə müraciət edərək, 7 il davam edən müharibədə qalib olmağa çox yaxın olduqlarını deyib.
Deyerler.org SANA-ya istinadən xəbər verir ki, Əsəd Suriya ordusunun 73-cu ildönümünə həsr olunmuş yazdığı məktubda, “Qələbəyə qovuşmağımız çox yaxındır”, deyib. Homsu, Palmiranı, Hələbi, Qaləmunu, Deyr Əz-Zoru, Şərqi Qutanı və terrorçulardan təmizlənmiş digər bölgələri yada salan Əsəd, belə qeyd edib: “Onlar (yaraqlılar) sonda getməyə məcbur qaldı... Alçaldılar, quyruqlarını bulayıb geri çəkilməyə məcbur qaldılar”. Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri açıqlama verərək, ölkənin cənubundakı Dəraa şəhərinin yaraqlılardan tamamilə təmizləndiyini və ordunun şəhərdəki əməliyyatı başa vurduğunu deyib. Oxşar xəbərlər
|