Yuxuda yıxılma hissinin səbəbi
İnsanların 70%-nin həyatında ən az bir dəfə təcrübə etdiyi yuxuda yıxılma hissi necə meydana gəlir və nəyin göstəricisidir?
Hər insan həyatının bir dövründə mütləq yuxuda əzələ tutması ya da yıxılma hissinə bənzər hisslərə gətirib çıxaracaq vəziyyətlərlə qarşılaşmışdır. Elm insanlarının araşdırmalarına görə, bu iki qorxuducu hadisə də yuxu mərhələləri arasındakı keçişlərin nizamsızlığı ilə əlaqədardır. Təməl olaraq hər sağlam fərddə müşahidə edilə biləcək bu hadisə, yuxunun ilk mərhələsindən dərin yuxuya keçərkən bəzən beynimiz ilə bədənimiz arasında yaşanan bir uyğunlaşmazlığın nəticəsidir. Bu cür qismi uyğunlaşmazlıqlar bəzən refleks əzələ hərəkətlərinə səbəb ola bilər. Araşdırmaların nəticələrinə görə, beynimiz yuxu keçidləri əsnasında azalan əzələ fəaliyyətini bir anlığına da olsa yıxılma hissinə bənzədir və həyatda qalmaq üçün bədənimizə ani bir hərəkət siqnalı göndərir. Qulağa hər nə qədər qorxuducu gəlsə də, bu cür reaksiyalar əgər çox sıx rast gəlinmirsə, heç bir təhlükə ya da sağlamlıq probleminə işarə etmir. Oxşar xəbərlər
|