ABŞ Konqresinə hicablı namizəd
İctimai fəal olan 7 uşaq anası, 44 yaşlı vəkil Tahirə Amatul Vadud, ABŞ Konqresinə namizədliyini irəli sürüb.
"Deyerler.org"un "parstoday.com" agentliyinə istinadən verdiyi xəbərə görə, Vadud bildirib ki, o, Massaçusets ştatının ağdərililərinə onu Konqresə deputat seçilməkdə dəstəkləmələrinə çağırış edib. O qeyd edib ki, inanc onun ürəyinin gücüdür, əgər seçilərək qalib gəlsə, Massaçusets ştatında öz ümidlərini nümayiş etdirəcək. 12 il öncə Minnesota ştatından olan Kit Elison ilk müsəlman konqresmeni seçilmişdir. Vadudun Konqresə seçildiyi zaman o, Massaçusets ştatından ilk müsəlman xanım və ilk afroamerikalı Konqres üzvü olmuş olacaq. Oxşar xəbərlər
|