Kolumbiyadan İsrailə “şillə” kimi addım: Fələstin müstəqil və azaddır!
İslamazeri.com-un “Korrespondent”-ə istinadən verdiyi xəbərə əsasən, Kolumbiya Respublikası Fələstini azad, müstəqil və suveren dövlət olaraq tanıdı.
Bu haqda Fələstinin Kolumbiya paytaxtı Boqota şəhərindəki səfirliyi məlumat yayıb. “Bu qərar Fələstin xalqı və hökuməti tərəfindən alqışlanır”, - deyə səfirlikdən qeyd ediblər. Əlavə edilir ki, Fələstin “hər zaman Kolumbiyanın simasında yorulmadan sülh axtarışında olan qardaş xalq görürdü, müstəqilliyin tanınması haqda qərar isə 2 xalqı yaxınlaşdıracaq”. İsrail rejiminin Boqotadakı səfirliyi isə Kolumbiyanın məlum qərarını “sillə” adlandırıblar. “Söhbət sadiq müttəfiqə vurulmuş şillədən gedir ki, bu da ölkələrimiz və onların liderlərinin münasibət və yaxınlıq səviyyəsi ilə ziddiyət təşkil edir”, - deyə rejimin Xarici İşlər Nazirliyindən bildiriblər. Qeyd edilib ki, həm qərarın özündən, həm də qərarın qəbul edilmə formasından “təəccübləniblər və məyus olublar”. Oxşar xəbərlər
|