İran yeni raketi "Mobin"i təqdim edib
İran müdafiə sənayesinin yeni məhsulu olan "Mobin" raketi İranın müdafiə naziri general Əmir Xatəminin iştirak etdiyi mərasimlə ilk dəfə sərgilənib.
İslamazeri.com xəbər verir ki, iranlı mütəxəssislərin tamamilə yerli imkanlarla dizayn və istehsalını həyata keçirdikləri "Mobin" raketi radarlara yaxalanmama xüsusiyyətilə yanaşı olduqca sürətli operativ hala gələn və quru və dəniz hədəflərinə qarşı istifadə edilə bilən bir raketdir. "Mobin" raketi günün hər saatında və hər növ ətraf mühit və düşmənin elektron müharibə apardığı şəraitlərdə hədəflərə tam dəqiq istiqamətlənir. Oxşar xəbərlər
|