İrandan Tiflisə nota: Qadınlarımıza qarşı...
İranın Gürcüstandakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.
Bu barədə İran Xarici İşlər naziri Bəhram Qasımi məlumat verib. Məlumatda bildirilib ki, gürcü polisinin İsfahandan Tiflisə gələn bir qrup iranlı qadın sərnişindən baş örtüklərini açmasını tələb etməsi İran hökumətinə qarşı hörmətsizlikdir. “Gürcü polisinin iranlı qadın sərnişinlərə qarşı edilən hərəkətini qınayırıq və rəsmi Tiflisdən açıqlama tələb edirik. Gürcüstan Xarici İşlər Nazirliyindən və gürcü polisindən bu tip halların bir daha baş verməməsi üçün məsələnin araşdırılmasını və tədbirlər görməsini, müsəlman qadınların məhrəmiyyətinə hörmətlə yanaşmasını gözləyirik ”, - deyə Qasımi bildib. Oxşar xəbərlər
|