Siqaret çəkən valideynlər övladlarını bu cür məhv edirlər
ABŞ tədqiqatçılarının araşdırmalarına görə, siqaret çəkən valideynlərin yanında böyüyən uşaqların gələcəkdə ciddi ağciyər xəstəliklərindən ölmə riski daha yüksəkdir.
Modern.az xəbər verir ki, araşdırma 70 min 900 siqaret çəkməyən kişi və qadın üzərində, ABŞ Xərçəng Cəmiyyəti tərəfindən aparılıb. Tədqiqatçıların fikrincə, yetkin yaşında ölən hər 100 min nəfərdən 7-si uşaq vaxtı siqaret tüstüsünə məruz qalanlardır. Onlar uşaqları qorumağın ən yaxşı yolunun siqareti tərgitmək olduğu söyləyirlər.Uşaq vaxtı siqaret çəkilən mühitdə böyüyən araşdırma iştirakçılarında müxtəlif sağlamlıq problemləri üzə çıxıb. Həftədə 10 və daha çox saat siqaret tüstüsünə məruz qalanların ürək çatışmazlığı xəstəliyindən ölüm riski 27 faiz, iflicə tutulma riski 23 faiz, xroniki ağciyər xəstəliyinə tutulma riski isə siqaret çəkməyənlərlə müqayisədə 42 faiz daha çoxdur. İştirakçıların həyatları boyunca siqaret tüstüsünə məruz qalmaları araşdırılıb, daha sonra isə onların sağlamlıqları qarşıdakı 22 il ərzində müşahidə edilib. Oxşar xəbərlər
|