İranın Kermanşah vilayətində zəlzələ: 2 nəfər ölüb, 310 nəfər yaralanıb
Mьəllif: admin1
Tarix: 26-08-2018, 15:05
Bцlmə: Xəbərlər
İranın Kermanşah vilayətində zəlzələ: 2 nəfər ölüb, 310 nəfər yaralanıb
İslamazeri.com xəbər verir ki, bu gün səhər Kermanşahın Səlas Babacani şəhrestanının mərkəzi olan Tazeabad şəhərinin ətrafında rixter şkalası ilə 5,9 bal gücündə zəlzələ baş verib.

Kermanşah vilayətinin fövqəladə hallar və təcili tibbi yardım mərkəzinin müdiri Saeb Modərresi açıqlamasında deyib: "Bu yaralılardan on səkkiz nəfər şiddətli bədən xəsarəti aldığı üçün Kermanşah müalicə mərkəzlərinə köçürülübdür. Bu zəlzələdə həyatını itirənlərdən biri, 70 yaşlı bir kişidir.

O, infarkt keçirərək, vəfat edibdir. Həyatını itirənlərdən digər birisi, hamilə bir qadındır. O, həyəcan keçirmək və qan təzyiqinin aşağı düşməsi nəticəsində həyatını itirib."

İranın daxili işlər naziri Əbdorreza Rəhmani Fəzli zəlzələ məntəqələrinə baş çəkmək, Kermanşah vilayətinin şəraitini öyrənmək və hadisədə zərər çəkənlərin vəziyyəti ilə tanış olmaq üçün sabah bu vilayətə səfər edəcək.

2017-ci il noyabrın 12-də də rixter şkalası ilə 7,3 bal gücündə yeraltı təkan İranın qərbindəki müxtəlif məntəqələri, xüsusən Kermanşah vilayətini titrətdi ki, nəticədə 483 nəfər həlak oldu, 12 min nəfərdən çox insan da yaralandı.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031