NASA ABŞ-ı “diz çökdürməyin” sirrini açdı
İslamazeri.com-un “Washington Examiner”-ə istinadən verdiyi xəbərə əsasən, ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) direktoru Cim Braydenstayn bəyan edib ki, Qlobal Mövqetəyinetmə Sisteminin (GPS) qorunması üçün ABŞ-ın kosmik qüvvələrə ehtiyacı var.
Braydenstayn həmçinin qeyd edib ki, kosmik qüvvələr ölkənin bank sektorunun və enerji sistemlərinin işinin qorunması üçün də lazımdır, çünki əgər ABŞ-ın “düşmənləri” ABŞ-ı kosmosa çıxışdan məhrum etsələr, onlar “ABŞ-ı diz çökdürəcəklər”. Xatırladaq ki, daha öncə ABŞ-ın vitse-prezidenti Mayk Pens əminliklə bildirmişdi ki, ABŞ-lı astronavtların Beynəlxalq Kosmik Stansiyasına daşınması məsələsində ölkəsinin tezliklə Rusiyanın yardımına ehtiyacı olmayacaq. Oxşar xəbərlər
|