Avropada İslam Peyğəmbəri (s) ilə bağlı keçiriləcək karikatura müsabiqəsi ləğv edildi
İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, müsəlmanların Niderlanddakı çoxsaylı etiraz aksiyalarından sonra Muhəmməd peyğəmbərlə (s) bağlı keçiriləcək karikatura konkursu ləğv edilib.
Xatırladaq ki, qalmaqallı tədbirin keçirilməsinin təşəbbüskarı öz sağçı-radikal baxışları ilə məşhur olan holland deputat Hert Vildersdir. Vilders konkursun ləğvi ilə bağlı rəsmi bəyanatını sosial şəbəkədəki səhifəsində dərc edib. Sözügedən tədbir noyabr ayında keçirilməli idi. Mükafatın məbləği isə 8,5 min avrodan çox idi. Maraqlıdır ki, Pakistan rəhbərliyi də məlum konkurusun keçirilməsi ilə bağlı Niderlanda öz etirazını bildirmişdi. Oxşar xəbərlər
|