Ərdoğandan mesaj: Dolların dünyada ağalığına son qoymağın zamanıdır!
Mьəllif: admin1
Tarix: 2-09-2018, 21:52
Bцlmə: Xəbərlər
Ərdoğandan mesaj: Dolların dünyada ağalığına son qoymağın zamanıdır!
İslamazeri.com-un “Anadolu”-ya istinadən verdiyi xəbərə əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ABŞ dollarının dünya ticarətindəki ağalığına son qoymaq lazımdır.

“Dolların benəlxalq ticarətdəki hökmranlığına son qoyaraq hesablaşmalarda milli valyutadan istifadə etmək lazımdır.”, - deyə Ərdoğan qeyd edib.

Onun sözlərinə görə, guya ki, ticarətin asanlaşdırılması üçün yaradılaraq dollara bağlanmış sistem hazırda ən böyük problemə çevrilib, ticarət müharibələri və proteksionizm bir çox sahalərdə yeni strategiyalara əl atmağa vadar edir. Valyuta kursları ilə aparılan münaipulyasiyaların məqsədi güclü və sağlam Türkiyə iqtisadiyyatında şübhələnməyə məcbur etməkdir.

“Məqsəd Türkiyə iqtisadiyyatına zərbə endirməkdir. Lakin hökumətin atdığı addımlar və Türkiyə xalqının qəti mövqeyinin sayəsində bu cəhd iflasa uğradı.”, - deyə Ərdoğan əlavə edib.
Oxşar xəbərlər
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031